AZ

Bakıda yağış fəlakəti: yollarda hərəkət çətinləşdi, ağır tıxaclar yarandı

Martın 27-dən Bakı və Abşeronda yağan intensiv yağış yollarda vəziyyəti çətinləşdirib. Eyni zamanda keçid və tunelləri su basıb. Nəticədə avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb. Bu isə paytaxtda, eləcə də ətraf kənd və qəsəbələrdə tıxacların yaranmasına səbəb olub.

"Globalinfo.az" gün ərzində bu barədə ətraflı məlumat verib. Axşama doğru vəziyyət bir qədər də çətinləşib. Yollarda tıxac çoxalıb.

Xatırladaq ki, yaranan vəziyyətlə bağlı FHN-in aidiyyatı qurumları hərəkətə keçib. Həmçinin polis əməkdaşları da yollarda yaranan ağır tıxacların aradan qaldırılması istiqamətində müvafiq addımlar atmağa başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
1
olaylar.az

2Mənbələr