AZ

Kişilərin cılızlaşmasının səbəbi bilindi AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Son onilliklərdə gənc kişilər arasında testosteron hormonunun səviyyəsində ciddi azalma müşahidə olunur. Həkim-reproduktoloq Mariya Milyutinanın sözlərinə görə, hazırkı göstəricilər 30-40 il əvvəlki orta göstəricilərdən xeyli aşağıdır. Demokrat.az xəbər verir ki, bu tendensiya birbaşa dəyişən həyat tərzi, fiziki aktivliyin azalması və artıq çəki problemi ilə bağlıdır.Həkim qeyd edir ki, hərəkətsizliklə yanaşı, uşaqlar arasında piylənmənin artması gələcəkdə hormonal fonun pozulmasına və libidonun aşağı düşməsinə gətirib çıxarır.Nəticədə müasir gənclərin cinsi davranışı əvvəlki nəsillərlə müqayisədə daha təmkinli xarakter alır. Son 50 ilin statistikası göstərir ki, spermoqramma göstəriciləri də 10 dəfəyə qədər azalıb.Hormonal tənəzzülə səbəb olan digər amillər arasında qeyri-sağlam qidalanma, xarici toksik təsirlər, həmçinin təhsil və iş mühitindəki həddindən artıq stress xüsusi vurğulanır.Alimlər bildirirlər ki, fiziki aktivliyin ümumi azalması təkcə sağlamlığa deyil, həm də ölkə iqtisadiyyatına ciddi ziyan vurur. Belə ki, hərəkətsizlik nəticəsində yaranan xroniki xəstəliklər dövlət büdcəsi üzərindəki yükü artırır.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
demokrat.az

1Mənbələr