AZ

Zelenski Səudiyyə Ərəbistanında dizel tədarükünü müzakirə etdiyini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfəri zamanı dizel yanacağının tədarükü ilə bağlı danışıqlar apardığını açıqlayıb.

Bu barədə “Novosti Live” məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna Yaxın Şərq ölkələri ilə dizel tədarükü məsələsində razılaşmalar əldə etməyə çalışır.

“Bu məsələ ölkənin təhlükəsizliyi üçün vacibdir və mən onun üzərində işləyirəm”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, Ukraynada yanacaq çatışmazlığı yaranacağı təqdirdə bunun 90%-i dizelin payına düşə bilər.

Zelenski əlavə edib ki, səfər çərçivəsində keçirilən iki görüş Ukrayna üçün müsbət nəticələr verib, lakin detalları açıqlamayıb.

Seçilən
34
apa.az

1Mənbələr