AZ

Cəmi 25 qəpiyədir: möcüzəvi təsiri var Xüsusən kişilər oxusun!

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Yaz mövsümünün gəlişi ilə bazarlarda bol şəkildə satılan ispanaq təkcə ümumi sağlamlıq baxımdan deyil, həm də kişilər üçün olduqca faydalı qida hesab olunur.

Globalinfo.az xəbər verir ki, mütəxəssislər bazarda 20-25 qəpiyə satılan bu tərəvəzin orqanizmin bir sıra vacib funksiyalarına müsbət təsir göstərdiyini bildirirlər.

Fiziki dözümlülük

Dietoloqların sözlərinə görə, ispanaq tərkibindəki dəmir, maqnezium və vitaminlərlə qan dövranını yaxşılaşdırır, əzələ funksiyasını gücləndirir və fiziki dözümlülüyü artırır. Bu xüsusiyyətlər isə xüsusilə aktiv həyat tərzi keçirən kişilər üçün mühüm əhəmiyyət daşıyır.

Ürək problemlərini azaldır

Bundan əlavə, ispanağın tərkibində olan antioksidantlar ürək-damar sistemini qoruyur, xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir. Həkimlər qeyd edir ki, bu amillər kişilərdə daha çox rast gəlinən ürək problemlərinin riskini azaltmaq baxımından önəmlidir.

Hormon balansı

Araşdırmalara əsasən, ispanaq hormon balansına da müsbət təsir göstərə bilər. Xüsusilə, tərkibindəki faydalı maddələr testosteron səviyyəsinin qorunmasına dəstək verir və ümumi enerji səviyyəsini artırır.

Lakin risk də var…

Bununla yanaşı, həkimlərin sözlərinə görə, ispanaq tərkibində yüksək miqdarda oksalat turşusu saxlayır. Bu maddə böyrəklərdə daş yaranmasına meyilli olan şəxslər üçün problem yarada bilər. Xüsusilə böyrək daşı xəstəliyindən əziyyət çəkən kişilərə ispanağı məhdud miqdarda qəbul etmək tövsiyə olunur.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
globalinfo.az

1Mənbələr