AZ

Tramp Hörmüz boğazını zarafatla öz adı ilə adlandırıb

BAKI, 28 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı Hörmüz boğazını zarafatla öz adı ilə adlandırıb.

Teleqraf xəbər verir ki, o, Mayamidə keçirilən investisiya forumunda çıxış edərkən İranın “Tramp boğazını” açmağa məcbur olacağını deyib, daha sonra isə bunu dil sürüşməsi kimi qiymətləndirib.

“Onlar Tramp boğazını açmağa məcbur olacaqlar. Üzr istəyirəm, Hörmüz boğazını”, - deyə Tramp gülümsəyərək bildirib və bunu “dəhşətli səhv” adlandırıb.

ABŞ lideri əlavə edib ki, onunla belə təsadüflər demək olar ki, baş vermir.

Seçilən
44
teleqraf.com

1Mənbələr