AZ

Araqçi ultimatum verdi: “Cavabsız qalmayacaq”

Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçir.

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi İsrailin son hücumlarına görə kəskin bəyanatla çıxış edib.

Nazirin sözlərinə görə, İsrail İran ərazisində yerləşən iki iri polad zavodunu, elektrik stansiyasını, mülki nüvə obyektlərini və digər vacib infrastrukturu hədəfə alıb. Araqçi bu hücumların yalnız hərbi deyil, həm də ölkənin iqtisadi dayaqlarına yönəldiyini vurğulayıb.

İran XİN rəhbəri bildirib ki, bu addım ABŞ prezidenti tərəfindən diplomatik proses üçün müəyyən edilmiş müddətin uzadılması fonunda atılıb və bu baxımdan beynəlxalq səylərə ziddir. O, hücumların ABŞ-la koordinasiya edildiyi iddialarına da diqqət çəkib.

Araqçi açıq xəbərdarlıq edib ki, İran bu “cinayətlərə” görə İsraildən çox ağır bədəl tələb edəcək və bu addımlar cavabsız qalmayacaq.

 

Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr