AZ

Dağıstan buna görə Rekordlar kitabına düşdü

Rusiyanın Dağıstan Respublikası ölkənin ən çoxdilli regionu kimi rəsmi şəkildə Rekordlar Kitabına daxil edilib.

Musavat.com xəbər verir ki, respublika ərazisində 34 müstəqil dil geniş yayılıb və bu göstərici Dağıstana xüsusi rekord statusu qazandırıb.

Dağıstanın dil və etnik rəngarəngliyi uzun illərdir diqqət mərkəzindədir. Məlumata görə, respublikada 14 rəsmi dil mövcuddur və burada 30-dan çox yerli xalqın nümayəndələri yaşayır.

Qeyd edək ki, Dağıstan təkcə Rusiyada deyil, bütövlükdə Qafqazda ən mürəkkəb etnomədəni məkanlardan biri hesab olunur. Müxtəlif mənbələr regionda onlarla dil və ləhcənin mövcud olduğunu vurğulayır.

Musavat.com

Seçilən
10
2
musavat.com

4Mənbələr