AZ

SEPAH-da general qırğını davam edir: Əmir Əmirməhəmmədi məhv edildi!

İranın hərbi elitası növbəti ağır zərbəni alıb. İndiyədək bir neçə yüksək rütbəli zabitini itirən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha bir generalın ölüm xəbəri ilə sarsılıb. İran mediasının yaydığı son məlumata görə, “Tar Allah” korpusunun baş komandanı, briqada generali Əmir Əmirməhəmmədi öldürülüb.

NOCOMMENT.az xəbər verir ki, general Əmirməhəmmədi SEPAH-ın strateji qanadlarından birinə rəhbərlik edən və daxili təhlükəsizlik əməliyyatlarında mühüm rol oynayan fiqurlardan biri hesab olunurdu. Onun hansı şəraitdə və harada ləğv edildiyi barədə hələlik rəsmi təfərrüat verilməsə də, hadisənin ABŞ və İsrailin davam edən intensiv əməliyyatları fonunda baş verməsi xüsusi diqqət çəkir.

Xatırladaq ki, cəmi bir neçə saat əvvəl SEPAH-ın digər yüksək rütbəli zabiti Əkbər Qurbanizadənin də məhv edildiyi barədə xəbərlər yayılmışdı. Qısa müddət ərzində ard-arda gələn general ölümləri İranın komanda zəncirində ciddi xaos yaradıb. Hərbi ekspertlər bu sürətli itkiləri SEPAH-ın idarəetmə aparatının tam iflici kimi qiymətləndirirlər.

Sara,
NOCOMMENT.az

Seçilən
29
nocomment.az

1Mənbələr