AZ

İranlı hakerlər ABŞ Federal Tədqiqat Bürosunun direktorunun şəxsi e-poçtunu sındırıb » AzadMedia.az

İranlı

İranla əlaqəli olduğu bildirilən “Handala Hack Team” adlı haker qrupu ABŞ Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kash Patel-in şəxsi elektron poçt hesabını sındırıb.

Bu barədə ParsToday məlumat yayıb. Bildirilir ki, hakerlər əldə etdikləri materialların bir hissəsini, o cümlədən fotoşəkillər və sənədləri internetdə paylaşıblar.

Reuters agentliyinin yaydığı xəbərə görə, ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi faktı təsdiqləyib və internetdə yayılan materialların həqiqi göründüyünü bildirib.

Hadisə ilə bağlı əlavə araşdırmaların aparıldığı qeyd olunur.

Seçilən
12
1
azadmedia.az

2Mənbələr