AZ

İspaniya Əlcəzairdən qaz tədarükü həcminin artırılmasını istəyir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qahirə, 27 mart, AZƏRTAC

İspaniya Əlcəzairdən qaz tədarükü həcminin artırılmasını istəyir.

AZƏRTAC “Bloomberg-Şərq” agentliyinə istinadla xəbər verir ki, bu barədə tərəflər arasında danışıqlar aparılıb.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Əlcəzairə səfəri zamanı bildirib ki, ölkəsi Əlcəzairlə neft-qaz əlaqələrin dərinləşdirilməsi barədə razılığa gəlib. Bu sahədə tədarük həcmlərinin artırılması da nəzərdə tutulub.

Bildirilir ki, Əlcəzair “Medgaz” boru kəməri vasitəsilə İspaniyanın əsas qaz tədarükçüsüdür. Bu boru kəmərinin gündəlik nəql gücü 32 milyon kubmetrdir. Hər iki ölkə adı çəkilən xəttin tam gücü ilə işləməsinə çalışır. Bu da tədarük həcmlərinin 10 faiz artması deməkdir.

Qeyd edək ki, Əlcəzairin “Sonatrach” şirkəti “Medgaz” layihəsində 51 faiz paya malikdir. İspaniya ilə ABŞ-nin müştərək şirkətinin payı isə 49 faizdir. Xəttin uzunluğu 210 kilometdir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
3
azertag.az

4Mənbələr