AZ

Yolların hərəkət hissəsinə dolmuş yağış sularının kənarlaşdırılması istiqamətində iş aparılır - AAYDA

Bakı.Trend:

Aidiyyəti qurumların əməkdaşları ilə birgə Azərbaycan AvtomobilYolları Dövlət Agentliyinin əməkdaşları və zəruri texnikalar mövcudhava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimi çərçivəsindəsəfərbər olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan AvtomobilYolları Dövlət Agentliyindən bildirilib.

Agentlikdən qeyd edilib ki, əlverişsiz havanın yaratdığıfəsadların operativ şəkildə aradan qaldırılması məqsədilə bütünresurslar cəlb edilib, yol infrastrukturu üzrə fasiləsiz nəzarət vəmüdaxilə tədbirləri həyata keçirilir:

“Hazırda yağıntılar nəticəsində yolların hərəkət hissəsinədolmuş yağış sularının kənarlaşdırılması istiqamətində intensivişlər aparılır. Xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi,drenaj və suötürücü xətlərin təmizlənməsi təmin olunur, yolhərəkətinin təhlükəsiz və fasiləsiz təşkili üçün zəruri tədbirlərgörülür”.

Qurumdan əlavə edilib ki, sürücülərin təhlükəsizliyininqorunması məqsədilə ərazilərdə monitorinqlər davam etdirilir,riskli sahələrdə əlavə nəzarət tədbirləri gücləndirilir. Aidiyyətiqurumlar vəziyyəti nəzarətdə saxlayır və hava şəraitinin yaratdığıçətinliklərin minimuma endirilməsi üçün koordinasiyalı fəaliyyətdavam etdirilir.

Seçilən
14
1
az.trend.az

2Mənbələr