AZ

Asiyada yanacaq böhranı məhdudiyyətlərə səbəb olub

Bakı. Trend:

ABŞ və İsrailin İrana hücumlarından sonra Hörmüz boğazındayaranan məhdudiyyətlər xüsusilə Asiya ölkələrində ciddi enerjiböhranına səbəb olub.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, regionda bir çox hökumətləryanacağa qənaət üçün iş saatlarını azaldıb, məsafədən iş rejiminəkeçib və təhsil müəssisələrini erkən tətilə buraxıb. Hətta böyükehtiyatlara malik Çin belə yanacaq qiymətlərinin artması fonundaməhdudiyyətlər tətbiq edib.

Filippin hökuməti fövqəladə vəziyyət elan edib. Ölkədə nəqliyyatsektoru ciddi zərbə alıb, sürücülərin gəlirləri kəskin azalıb, birçoxu fəaliyyəti dayandırıb.

Tailand enerji qənaəti rejiminə keçib, dövlət qurumlarındaməsafədən iş tətbiq olunub və kondisioner istifadəsinə məhdudiyyətqoyulub.

Şri-Lanka və Myanma isə yanacaq üçün kart sistemi tətbiq edib.Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, gündəlikhəyat iflic vəziyyətə düşüb.

Hindistan da böhrandan ciddi təsirlənib. Qaz çatışmazlığısəbəbindən bəzi sənaye sahələri fəaliyyətini dayandırıb, böyükşəhərlərdə restoranların bir hissəsi bağlanıb.

Məqalədə:
Seçilən
58
az.trend.az

1Mənbələr