AZ

İsrail İrana zərbələri gücləndirəcək -

"İrana hücumların miqyası genişlənəcək və əlavə hədəflərə zərbələr endiriləcək".Metbuat.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə naziri İsrael Kats bildiriib. O, qeyd edib ki, bu, İran mülki əhaliyə raket atmağa davam edərsə, baş verəcək. Bəyanat təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsindən sonra verilib. Katz qeyd edib ki, o və Baş nazir Benyamin Netanyahu İrana xəbərdarlıq ediblər, İsrail şəhərlərinə raket hücumlarının dayandırılmasını tələb ediblər."Xəbərdarlıqlara baxmayaraq, atəşlər davam edir", - Katz deyib.

Müdafiə nazirinin fikrincə, yeni zərbələr mülki şəxslərə qarşı silah yaratmağa və tətbiq etməyə kömək edən obyektlərə yönəldiləcək.

Seçilən
11
6
metbuat.az

8Mənbələr