Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Köhnə model "iPhone" smartfonlarından istifadə edənlər haker hücumları qarşısında ən müdafiəsiz qrup hesab olunur. "TechCrunch" nəşrinin məlumatına görə, təhlükəsizlik yeniləmələrini almayan cihazlar fırıldaqçıların əsas hədəfinə çevrilib.Son bir ay ərzində "Google", "iVerify" və "Lookout" şirkətlərinin ekspertləri dünya miqyasında bir neçə iri haker hücumu qeydə alıblar. Bu hücumlar demək olar ki, bütün istifadəçiləri hədəf alır. Əsas risk isə əməliyyat sistemi (iOS) ən son versiyaya yenilənməmiş "Apple" cihazlarını gözləyir."iVerify" şirkətinin həmtəsisçisi Mattias Frilinqsdorf qeyd edib ki, aktual iOS versiyalarından istifadə edənlərə qarşı kütləvi hücumlar etmək hakerlər üçün çox çətindir. Çünki yeni sistemlər maksimum dərəcədə qorunur və onları sındırmaq böyük zəhmət tələb edir. Əksinə, köhnə proqram təminatlı cihazlardakı boşluqlar hakerlər üçün "açıq qapı" rolunu oynayır.Təhlükəsizlik eksperti Patrik Uordl isə bu hücumların çoxunun yüksək texnoloji bilik tələb etmədiyini vurğulayıb. Zəif qorunan sistemləri sındırmaq müəyyən avadanlıqla kifayət qədər asandır. Xüsusilə "Coruna" adlı zərərli proqramdan qorunmaq üçün mütəxəssislər iOS 18 və daha köhnə versiyalarda qalan istifadəçiləri cihazlarını dərhal yeniləməyə çağırıblar.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.