AZ

"Təhlükəlidir, uşaqlı insanlar bu yoldan necə keçsin?"

Şair, prodüser Zəhra Bədəlbəyli yaşadığı ərazidə yollardan şikayət edib. 

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, o, Yasamal rayonu, İsmayıl bəy Qurtqaşınlı küçəsində yerləşən küçədə piyada yolunun olmamasından gileylənib. O bildirib ki, həmin yerdə uşaqlı valideynlər araba ilə gəzə bilmir:

"Piyadalar üçün nəzərdə tutulan yoldan nə uşaq, nə də əlil arabası ilə keçmək olur. Sonra heç səki olmayan yer var. Park var, parka elə daşlar düzülüb ki, orada araba sürmək mümkün deyil, çox çətindir. Bəzi yerlərdə piyada gərək araba ilə maşın yolunda getsin. Yaşayış evləri var ki, piləkən birbaşa maşın yoluna çıxır. Bu yollar piyadalar üçün belə təhlükəlidir".

"Cebheinfo.az"

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr