AZ

Azərbaycandan Türkiyəyə neft ixracının həcmi artıb

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə47,1 min ton xam neft və bitumlu süxurlardan əldə edilən neftməhsulları ixrac olunub. İxracın dəyəri 22,1 milyon ABŞ dollarıtəşkil edib.

Trend-inAzərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumatagörə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyərifadəsində 14,7 milyon ABŞ dolları və ya 3 dəfə, həcm üzrə isə 32,3min tondan çox və ya 3,2 dəfə artıb.

Belə ki, ötən ilin yanvar-fevral aylarında AzərbaycandanTürkiyəyə 14,8 min ton neft və neft məhsulları 7,4 milyon ABŞdolları dəyərində ixrac olunub.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanxarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 2,64 milyard ABŞ dolları və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcminin 3,665 milyard ABŞ dollarınıixrac, 2,599 milyard ABŞ dollarını isə idxal təşkil edib. Son birildə ixrac 1,102 milyard ABŞ dolları və ya 23%, idxal isə 1,539milyard ABŞ dolları və ya 37,2% azalıb.

Nəticədə 933,6 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıbki, bu da ötən illə müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3%azdır.

Məqalədə:
Seçilən
35
11
az.trend.az

10Mənbələr