17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda növbəti oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan komanda Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz yekunlaşıb.
Xatırladaq ki, U-17 daha əvvəl Bolqarıstanla bərabərə qalıb - 1:1. Komanda martın 30-da Malta ilə münasibətlərə aydınlıq gətirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta