AZ

ƏRDOĞANDAN ZƏNG: Milli komandanın qələbəsi belə təbrik edildi!

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rəcəb Tayyip Ərdoğan, 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsinin pley-off yarımfinalında Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək finala yüksələn Türkiyə milli komandasına zəng edərək onları təbrik edib.

Sherg.az xəbər verir ki, matçdan dərhal sonra dövlət başçısı, Osman Aşkın Bak, İbrahim Ethem Hacıosmanoğlu, baş məşqçi Vincenzo Montella və milli futbolçularla danışaraq qələbəni yüksək qiymətləndirib.

Ərdoğan komandanın 90 dəqiqə ərzində göstərdiyi üstün oyunu xüsusi vurğulayaraq, həm məşqçini, həm də futbolçuları təbrik edib və qarşıdakı həlledici oyunda uğurlar arzulayıb.

Türkiyə millisi Dünya Kubokuna vəsiqə uğrunda final matçında 31 mart 2026-cı ildə səfərdə Kosovo ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
sherg.az

1Mənbələr