AZ

Baş nazir dövlətə xəyanətddə ittiham olunur

 Slovakiya polisi liberal Azadlıq və Həmrəylik (SaS) partiyasının lideri Branislav Qrelinqin açıqlamasından sonra ölkənin Baş naziri Robert Fikoya qarşı araşdırmaya başlayıb.

Ölkə.az “iDen.sk” saytına istinadən xəbər verir ki, Qrelinq baş nazirin Ukraynaya təcili elektrik enerjisi təchizatını dayandırmaq qərarı ilə əlaqəli ola biləcək mümkün ciddi cinayətlərə işarə edib.
"Bir ay əvvəl Robert Fikoya qarşı xəyanət və digər cinayətlərə görə ərizə verdim", - deyə o bildirib.
Qrelinq və digər SaS üzvlərinin sözlərinə görə, şübhələr vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadə etməsi, dövlətə xəyanət, qeyri-insani davranış, başqasının əmlakını idarə edərkən vəzifə səlahiyyətlərini pozma və hətta potensial terror aktı ilə bağlıdır. 
Şikayət Baş Prokurorluqdan regional idarəyə, daha sonra isə polisə göndərilib.

Mürtəza

Seçilən
27
2
olke.az

3Mənbələr