AZ

Əhali iki ayda nə qədər pul xərcləyib?

Bizim media saytına istinadən ain.az xəbər verir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 13 milyard manat olub.Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.Hesabat dövründə ümumi dəyərin 77,4 %-ni pərakəndə ticarət dövriyyəsi, 19,4 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

 

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin iki ayına nisbətən 4,3 % artaraq 12,4 milyard manat olub, onun 44,5 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

İki ayda bir istehlakçı orta hesabla ayda 634,9 manat və yaxud illik müqayisədə nominal ifadədə 57,3 manat çox vəsait xərcləyib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
3
bizim.media

8Mənbələr