AZ

Kafedə yarım litr arağa görə dava düşdü Saxlanılan var

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qax rayonunda 1991-c il təvəllüdlü Vaxtanqi içki içdiyi kafenin sahibi Cəfərə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 25-də rayonun Əmbərçay kəndi ərazisində yerləşən “Qaxmuğal” kafesinin həyətində baş verib. Vaxtanqi həmin gün saat 22:00-da kafenin həyətində əvvəlcədən kafedə içdiyi içkinin, yəni arağın hesabını vermədiyi üçün kafenin sahibi Cəfər ilə mübahisə edib. Aralarında sözlə yaranmış mübahisə zamanı Cəfərin alın nahiyəsinə bir neçə dəfə yumruq ilə vurub, onu qəsdən yerə yıxıb. Bunun nəticəsində Vaxtanqiyə xəsarətlər yetirib. 

Vaxtanqinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən Vaxtanqi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 25-də, saat 22:00-da “Qaxmuğal” adlı kafeyə yeyib-içməyə gedib:Həmin kafedə yerləşən masaların birində əyləşərək, kafeni işlədən şəxsə 4 şiş kabab, çörək və salat sifariş verdim. Yeməklər gəldikdən sonra özüm ilə gətirdiyim 0.5 litr arağı içdim. Yeyib-içdikdən sonra hesabı soruşdum. Kafeni işlədən Cəfər adlı şəxs 28 manat hesab olduğunu bildirdi. Həmin hesabı verən zaman kafeni işlədən şəxsdən 100 qram araq istədim. Ancaq Cəfər mənə 0.5 litr araq gətirdi. Mən 0.5 litr araqdan 100 qram içdim. Cəfərdən gətirdiyi arağı geri qaytarmasını dedim”. Təqsirləndirilən şəxs deyib ki, daha sonra içdiyi 100 qram arağın hesabını Cəfərdən istəyib: “Oturduğum masaya gətirdiyi 0.5 litr arağın şüşəsini dolu vəziyyətdə aparan zamanı məndən 100 qram arağın hesabını almadı. Gətirdiyi 0.5 litr arağın hesabını tələb etdi. Yəni məndən 8 manat istədi. Cəfərə gətirdiyi 0.5 litr araqdan sadəcə 100 qram araq içdiyimi və onun istədiyi 8 manat çox olduğunu dedim. Cəfər mübahisə edərək, 0.5 litr araq verdiyini və 0.5 litr arağın şüşəsinin istifadə olunduğunu, bunu heç kəsə sata bilməyəcəyini dedi. Cəfərə 0.5 litr yox, 100 qram araq istədiyimi dedim. O, mənimlə mübahisə edərək arağın 8 manat pulunu tələb etdi. Bundan əsəbiləşərək alın nahiyəsinə bir neçə dəfə yumruqla vurdum”. Bu cinayət işinə Qax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib. Onun Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
demokrat.az

1Mənbələr