AZ

“Paşinyan Rusiyaya lazımlı siyasətçidir...” ANALİTİK

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Nikol Paşinyan Rusiya qarşı sözlə yox, əməllə  getsəydi, ilk növbədə bu sazişi ləğv etməli idi. Nə qədər ki, Ermənistan bu sazişi ləğv etməyib, ona inanmaq axmaqlıqdır...”

Ermənistanda parlament seçkilərinə artıq 2 aya yaxın vaxt qaldığı bir vaxtda Rusiyaya bağlı revanşist, irqçi Köçəryan, Sərkisyan və Samvel Karapetyan komandaları ciddi şəkildə fəallaşıb. Amma yaxşı ki, hələ vahid bir cəbhədə birləşə bilmirlər. Görəsən, bundan sonra, özü də ABŞ və Avropanın başı Ukrayna və İran savaşlarına bərk qarışdığı bir vaxtda onların Kremlin dəstəyi ilə birləşib seçkilərdə hakim Paşinyan komandasına qalib gəlmələri ehtimalı varmı?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:

“Cavab bir mənalıdır. Yox! Hakimiyyətdə qalan elə Nikol Paşinyan olacaq, çünki o, haydır! Haylar isə çoxluq təşikil edir. Köçəryan, Sərkisyan, Samvel Karapetyan və başqaları şurtvastlardır, yəni azlıqlardır. Odur ki, uduzacaqlar. Bəs onda “Rusiya Nikol Paşinyanı niyə aradan götürmür?” suali ortaya çıxır. İndiki dövrdə Maduronun oğurlanması, İranda siyasətçilərin öldurülməsi, dünyada siyasi xaos baş verdiyi halda nə üçün Rusiya bunu etmir. Bunun bir izahı var. Paşinyan Rusiya üçün lazımlı  siyasətçidir.

Siyasətçinin dili yox, əməli onun qəlbinin güzgüsüdür. Gəlin ona bu mövqedən yanaşaq.

Sərkisyan, Köçaryan və s. ona qarşı  getməklə faktiki olaraq ölkədə siyasi balansı saxlayırlar və N. Paşınyanın diktatorluğunun qarşısını alırlar. Paşinyanın  hakimiyyətə gətirilməsi  ABŞ-ın əliylə olsa da, Rusiyanın ona təzyiq etmək üçün əlində istədiyi qədər mexanizmləri vardır ki, onlardan Ermənistan uzaqlaşmasa, istər ABŞ-la, istərsə də Aİ ilə bağladığı sazişlərinin  heç bir effekti olmayacaq.

 Bəzilərinə elə gəlir ki, Ermənistan bu saat Cənubi Qafqazda Rusiyaya qarşı gedən yeganə dövlətdir və o, Rusiyanı ABŞ-ın əliylə Cənubi Qafqazdan çıxaracaq. Gəlin bu tezisi də  cavablandıraq. 

Rusiya siyasətçiləri Ermənistanı Şərqin qapısı olduğunu çox yaxşı bilirlər, odur ki, Ermənistanla elə sazişlər bağlayıblar ki, istədikləri an oranı işğal edə bilərlər. Yadınıza Sergey Lavrovun “Biz Ermənistanla münasibətlərimizi ancaq bağladığımız Sazişlər əsasında qururuq və quracağıq da”. Odur ki, gəlin təkcə bir  sazişlərin üstündə dayanaq: 

“Rusiya-Ermənistan Hərbi sazişi” Bu sazişə görə Ermənistan 49 il müddətində öz ərazisində büdcəsi hesabına Rusiya hərbi bazalarını və  kontingentini  saxlayacağına, Bundan əlavə sərhədlərinin qorunmasını “FSB”-yə həvalə etmişdir. Nikol Paşinyan Rusiyaya qarşı sözlə yox, əməllə  getsəydi, ilk növbədə bu sazişi ləğv etməli idi. Nə qədər ki, Ermənistan bu sazişi ləğv etməyib, ona inanmaq axmaqlıqdır. Hətta  Ermənistan bizimlə ABŞ-ın iştirakı və qaranti əsasında Sülh sazişinə qol çəksə də, nə qədər bu saziş mövcuddur Ermənistana inanmaq olmaz...

Digər tərəfdən, əgər Paşinyan Rusiyaya qarşı gedirsə, nə üçün ruslar onu aradan götürmürlər? Özü də pullularının və revanşist siyasətçilərinin əliylə. Bütün dünya bilir ki, Ermənistanın bütün iqtisadi sahələri Rusiyanın agenturası olan “Qarabağ klanının”  əlindədir və istədikləri vaxt istədiyi siyasətçini aradan götürə bilərlər. Yadınıza 90-ci illərin axırında Ermənistan parlamentində olan siyasi qətl hadisəsini salın.

 Bu saat bəzi postsovet ölkələrində olduğu kimi, erməni kilsəsi də Rusiyaya xidmət edir. Faktiki olaraq bu saat Ermənistanda ikihakimiyyətlikdir. Belə olduğu halda, Rusiya Paşinyana niyə dəyməlidir?

 Səbəbini onda axtarmaq lazımdır ki, bu fərd Rusiyaya qarşı bir addım belə atmır, sadəcə olaraq oyun oynayır...

Soruşa bilərsiniz, bəs Paşınyanın ABŞ, Aİ və s. ölkələrdə antirus danışıqları və Zəngəzur –“Tramp yolu” məsələsi, məgər Rusiyanın zərərinə deyil?.. Əlbəttə ki, yox! Bu yolun açılması, Rusiya mallarının və yüklərinin Türkiyəyə və oradan başqa ölkələrə getməsi üçün şərait yaradır və Rusiyaya külli miqdarda pul gətirəcək. Faktiki olaraq Zəngəzurun işləməsi Rusiyanın xeyrinədir. Maraqlısı budur ki, ABŞ-la Rusiyanın bu məsələdə bir olduğu da gözə çarpır. Yadınızda varsa, biz ABŞ Rusiyanın əliylə Aİ-ni gücdən salıb dağıtmaq üçün Ukraynada müharibə aparacağından yazmışdıq . Digər tərəfdən, Sülh Şurası yarananda Trampın “Cənubi Qafqaz Rusiyanı strateji marağındadır!” deməsinin arxasında nə durduğunu düşünün. ABŞ Prezidenti boş-boşuna bunu demirdi. Bu, Alyaskada Trampın Putinlə “Paritet siyasəti”ni  bərpa etməsi ilə bağlıdır. Prezidentlərin faktiki olaraq dünyanı iki düşərgəyə bölməyə hazırlıqlarıdır. ABŞ-İsrail-İran müharibəsi bu prosesləri gücləndirəcək.

Bəziləri düşünürlər ki, “Tramp yolu”nu qorumaq üçün ABŞ Zəngəzura ordu yeridəcək. Bu, ağlagələsi deyil. Çünki ABŞ yaxşı bilir ki, belə olduğu halda  pariteti pozacaq. Onda Rusiya Ermənistanla bağladığı Hərbi sazişi əsas götürüb, Ermənistandakı qoşunlarını hərəkətə gətirəcək və Paşinyanı   hakimiyyətdən uzaqlaşdıracaq...” 

 “Paşinyanın seçkilərdə uduzacağı halda Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda təkan götürmüş sülh prosesinin, həmçinin Zəngəzur yoluyla bağlı TRİPP layihəsinin taleyi necə olar?..” sualını isə həmsöhbətimiz bu cür cavablandırıb:

“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsi, ABŞ və Ermənistan tərəfindən hazırlanan, Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 km-lik Zəngəzur dəhlizi hissəsini əhatə edən böyük tranzit və enerji infrastrukturudur. Regionda iqtisadi əlaqələri, ticarəti və "Açıq dəhliz" siyasətini dərinləşdirməyi hədəfləyən bu layihədə ABŞ-ın payının 74% olması nəzərdə tutulur. TRİPP-ın mahiyyəti budur. Ən dəhşətlisi bu layihəyə qarşı çıxan ölkə İrandır və orada gedən müharibə və ABŞ-la əlaqələri olan region ölkələrə qarşı hərbi təpki göstərir. Yadınıza  Naxçıvana atılan dronları salın. “Siyasətdə təsadüfi heç nə yoxdur!” prinsipindən yanaşsaq, TRİPP-in yalnız ABŞ-İran müharibəsi qurtarandan sonra işləyəcəyini deyə bilərik. Əlbəttə ki, Azərbaycan Prezidenti bu təhdidləri nəzərə alıb, geo-siyasi balansın regionda pozulmasının qarşısını alacaq və, beləliklə, neytrallığı bərpa edəcək...”  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
moderator.az

2Mənbələr