AZ

Rusiyadan sensasion iddia: ABŞ "Şimal axını"nı ələ keçirmək istəyir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Qərb mətbuatı "Şimal axını" qaz kəmərləri ətrafında yeni və qalmaqallı iddialarla çıxış ediblər. Moskva Vaşinqtonun bu strateji layihələri öz nəzarətinə götürmək niyyətində olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, Sergey Lavrov ABŞ-ın "Şimal axını" və "Şimal axını-2" kəmərlərini mənimsəmək istədiyini bildirib.

Nazir 2022-ci ildə baş verən partlayışların Qərb xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirildiyini vurğulayaraq, Avropa ölkələrini, xüsusilə Almaniyanı öz milli maraqlarına qarşı törədilən bu "terror aktına" səssiz qaldıqları üçün kəskin tənqid edib.

Donald Trampın keçmiş müşaviri Corc Papadopulos da bu iddiaları dolayısı ilə təsdiqləyib. O, kəmərlərin ABŞ investisiyaları üçün "çox maraqlı və vacib layihə" olduğunu qeyd edib. Məlumata görə, Vaşinqton bu yolla Rusiya ilə münasibətləri bərpa etmək və əməkdaşlığı əsrin sonuna qədər davam etdirmək niyyətindədir.

"Berliner Zeitung" nəşrinin iddiasına görə, boru kəmərlərinin Avropa İttifaqından yan keçməklə, ABŞ-ın rəhbərliyi altında yenidən işə salınması barədə "pərdəarxası" danışıqlar artıq başlayıb. "Le Monde" qəzeti isə "Qazprom"a yaxın mənbələrə istinadən bildirir ki, bu mövzu Putin və Tramp arasındakı qapalı danışıqların əsas bəndlərindən biridir.

Seçilən
8
4
publika.az

5Mənbələr