Millimiz bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək. Bu, komandamızın 2026-cı ildə ilk oyunu olacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 19.00-da başlayacaq. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Hazırda millimiz FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur.
Xatırladaq ki, yığma martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq.
“FIFA Series – 2026”
27 mart
Azərbaycan - Sent Lüsiya
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.00.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta