AZ

NATO Baş katibi: Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması mühüm addımdır

Ötən ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regional təhlükəsizlik və normallaşmaya doğru önəmli addım idi.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Ruttenin 2025-ci illə bağlı hesabatında qeyd edilib.

“Cənubi Qafqaz, xüsusilə Rusiyanın Ukraynaya təcavüzünün regionda hiss olunduğu bir vaxtda, NATO-nun təhlükəsizliyi üçün vacibdir. 2025-ci ildə NATO Ermənistan və Azərbaycan arasında sülh istqamətində mənalı əhəmiyyətli irəliləyişi alqışladı. Eləcə də, ABŞ-ın sülh prosesinə davamlı dəstəyini yüksək qiymətləndirdi. Ötən ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regional təhlükəsizlik və normallaşmaya yolunda mühüm addım idi. NATO hər iki ölkə ilə dialoq və əməkdaşlığıl dərinləşdirməyə hazırdır”,- hesabatda qeyd olunub.

Həmçinin əlavə edilib ki, 2025-ci ildə Azərbaycan tərəfdaş ölkələrlə hərbi sahədə təcrübə mübadiləsini artırıb.

Seçilən
27
6
apa.az

8Mənbələr