Bu
səhər kollektivimiz üçün çox ağır bir xəbərlə açıldı. Redaksiyamızın əməkdaşı -
Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru Rəşad Füzuli oğlu
Baxşəliyevin vəfatı xəbəri bizi dərindən sarsıtdı.
Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Rəşad Baxşəliyev 2012-ci ildən “Azərbaycan”
qəzetində çalışırdı.
O,
44 günlük Vətən müharibəsində zabit kimi döyüşmüş, "Qubadlının azad
olunmasına görə" medalı ilə təltif olunmuşdu.
Əmək
fəaliyyətində peşəkarlığı və məsuliyyəti ilə seçilən Rəşad Baxşəliyev “Tərəqqi”
medalı ilə təltif edilmiş, “Azərbaycan mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülmüşdü.
Həmkarımızın
əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Ailəsinə
və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Allah
rəhmət eləsin!
“Azərbaycan”