AZ

İsrail İranın balistik raket anbarlarını bombaladı

İsrail Müdafiə Qüvvələri (IDF) növbəti dəfə İran ərazisinə genişmiqyaslı hava zərbələri endirib.

“Yeni Sabah” xəbər verir ki, hücumlar zamanı əsasən paytaxt Tehranda və ölkənin qərb bölgələrində yerləşən hərbi və istehsal obyektləri hədəf alınıb.

Məlumata görə, İslam Respublikasının ballistik raketlər və hava hücumundan müdafiə sistemləri istehsal edilən müəssisələri bombalanıb.

Eyni zamanda, İranın qərbində yerləşən raket buraxılış qurğuları və raket anbarlarının da hədəfə alındığı bildirilib. Bu əməliyyatlar İsrail Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatları əsasında həyata keçirilib.

Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
23
28
yenisabah.az

10Mənbələr