AZ

Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycanın "AzeriLigh"t markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə7,55 ABŞ dolları (6,6%) artaraq 121,25 dollar/barelə çatıb.

Trend bu barədə neft bazarındakı mənbəyə istinadən məlumatverir.

Bildirilir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "AzeriLight" neftinin qiyməti 7,17 ABŞ dolları (6,7%) artaraq 114,41dollar/barel olub.

"URALS" markalı neftin qiyməti 8,45 ABŞ dolları (10,6%) artaraq88,17 dollar/barel təşkil edib.

Şimal dənizində hasil olunan "Dated Brent" neftinin qiyməti isə7,91 ABŞ dolları (7,2%) artaraq 117,49 dollar/barel olub.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65ABŞ dolları səviyyəsində götürülüb.

Məqalədə:
Seçilən
44
6
az.trend.az

7Mənbələr