AZ

Klopp Salahın “Liverpul”dan ayrılmaq qərarına münasibət bildirib

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahın cari mövsümün sonunda klubdan ayrılmaq qərarına münasibət bildirib.

İdman.Biz bildirir ki, Salah 2017-ci ildə Kloppun dövründə “Liverpul”a qoşulub.

“O, uzun müddət dünya futbolunun ən yaxşı üç hücumçusundan biri idi - ən çox qol vuranlardan biri. Bu, çox şey deyir.

Ümid edirəm ki, [Salah] “Liverpul”da son oyununu keçirəndə hər kəsin üzündə təbəssüm olacaq və xoşbəxt olacaq, çünki onlar ən inanılmaz karyeralarından birinin şahidi olublar”, - deyə Klopp “The Anfield Wrap” qəzetinin sosial media səhifəsində bildirib.

Salah və “Liverpul” mövsümün sonunda ayrılacaqlarını elan ediblər.

İdman.Biz
Seçilən
51
1
idman.biz

2Mənbələr