AZ

Kaysedo Çelsi də əfsanəyə çevrilmək istəyir

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Çelsi"nin yarımmüdafiəçisi Moises Kaysedo "Real Madrid"lə bağlı transfer şayiələrinə münasibət bildirərək gələcək planlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "El Chiringuito TV" kanalına danışan ekvadorlu futbolçu London klubundan ayrılmaq niyyətində olmadığını deyib.

Hazırda yalnız öz klubuna fokuslandığını bildirən Kaysedo, "Çelsi" ilə müqaviləsinin olduğunu və burada yaxşı işlər görmək istədiyini vurğulayıb.

Gənc oyunçu karyerası ilə bağlı iddialı danışaraq, gələcəkdə London təmsilçisinin əfsanəsinə çevrilmək arzusunda olduğunu qeyd edib.

O, hazırkı vəziyyətindən məmnun olduğunu və komandasının uğurları üçün əlindən gələni edəcəyini sözlərinə əlavə edib.

Bu açıqlama "kral klubu"nun maraq dairəsində olduğu deyilən futbolçunun ən azı yaxın gələcəkdə İngiltərədə qalacağını təsdiqləyir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
fanat.az

2Mənbələr