AZ

Bu ölkədə stasionar telefonlara maraq yenidən artır

Rusiyada etibarlı rabitə kanallarına artan tələbat fonunda stasionar telefonların quraşdırılması üzrə müraciətlərin sayında artım qeydə alınır.

"Unikal" xəbər verir ki, “Rostelecom”un prezidenti Mixail Oseyevskinin jurnalistlər açıqlamasına görə, şirkət xüsusilə də mobil rabitədə vaxtaşırı fasilələrin yarandığı iri şəhərlərdə stasionar rabitəyə qoşulmağa marağın nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edir.

O, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Moskvada keçirilən qurultayının kuluarlarında deyib. Onun sözlərinə görə, istifadəçilər getdikcə daha çox simli rabitəni hər bir evdə olmalı olan zəmanətli və keyfiyyətli ünsiyyət vasitəsi kimi qiymətləndirirlər.

O qeyd edib ki, dəqiq artım göstəriciləri hələ açıqlanmır, lakin tələbat davamlı olaraq qeydə alınır və Rusiyanın müxtəlif regionlarını əhatə edir.

Seçilən
53
6
unikal.az

9Mənbələr