İsveçdə gənc futbolçu qətlə yetirilib.
"Football-plus.az" xəbər verir ki, Örebro şəhərində baş verən atışma nəticəsində “Forvard”ın 20 yaşlı qapıçısı Huqo Mosshagen həlak olub.
“Aftonbladet” qəzetinin məlumatına görə, hadisə martın 21-i axşamı şəhərin qərb hissəsindəki dayanacaqda baş verib. Polisə yerli vaxtla saat 23.26-da zəng daxil olub və hadisə yerində yaralı kişi olduğu bildirilib. Daha sonra Huqo dünyasını dəyişib.
Hücum zamanı Mosshagen ən azı bir tanışı ilə birlikdə olub. O, İsveçin 4-cü divizionunda çıxış edən “Forvard” klubunun əsas komandasında oynayırdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta