AZ

Federasiya və sponsor sözünü tutmadı, “Lənkəran” fəaliyyətini dayandırdı!

Futzal üzrə yüksək liqanın 15-ci turunun “Lənkəran” – U-19 oyunu baş tutmadı. Xatırlayırsızsa, cənub təmsilçisi 13-cü turda “Araz-Naxçıvan”la matça da çıxmamış, nəticədə 0:5 hesablı texniki məğlubiyyətlə üzləşmişdi. Böyük ehtimalla, komanda bu dəfə də eyni aqibətlə üzləşəcək.

Bəs, cənubluların meydana çıxmamasının səbəbi nədi?

Bu sualla “Lənkəran”ın məşqçisi Rövşən Novruzluya müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Təəssüf ki, mövsümdə ikinci dəfə oyun keçirə bilmədik. Səbəb maliyyə çatışmazlığıdı. Mövsümün əvvəlində bizə həm sponsordan, həm də Futzal Federasiyasından bildirilmişdi ki, il ərzində komanda üçün pul veriləcək. Ancaq həmin maliyyə dəstəyi gəlmədi. Çox çətin günlər keçirdik. Həm futzalçılar, həm də məşqçilər heyəti maliyyəsiz qaldı. Bu səbəbdən komandanın fəaliyyətini dayandırmalı olduq. Yəni çempionatdan çəkildik. Bu barədə sənədləri federasiyaya göndərmişik”.

KƏNAN BAHADIR
Seçilən
43
1
football-plus.az

2Mənbələr