AZ

Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIX tura start verilib.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Gənclər” komandası “Murov Az Terminal”la üz-üzə gəlib.

Görüş Abşeron Olimpiya İdman Kompleksində saat 15:00-da başlayıb. Oyun “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci matçında isə “Azərreyl” komandası “Ordu” ilə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən oyun “Azərreyl”in 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, mövsümün sonuncu – XX turu martın 30-da yekunlaşacaq.

Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub

“Azərreyl”dən inamlı qələbə

"Azərreyl" "Gənclər"ə qarşı - Yüksək liqada növbəti oyunlar

Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turlarının tarixi açıqlanıb

Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib

Seçilən
53
1
apasport.az

2Mənbələr