AZ

Qurban Qurbanov daha bir futbolçunun “qələmini qırdı” – onu kim əvəz edəcək?

“Qarabağ”ın mövsümlərarası fasilədə yollarını ayıracağı daha bir futbolçunun adına aydınlıq gəlib.

“Football-plus.az”ın məlumatına görə, Ağdam təmsilçisi yayda qapıçısı Fabian Buntiçlə vidalaşacaq. Həm baş məşqçi Qurban Qurbanov onun xidmətində maraqlı deyil, həm də “əlcək sahibi” özü daha çox forma geyə biləcəyi komandanın şərəfini qorumaq istəyir.

Kəsəsi, tərəflər artıq bu istiqamətdə ortaq məxrəcə gəlib. Odu ki, “köhlən atlar” vaxt itirmədən yeni qapıçı axtarışına çıxıb. Yəni müxtəlif mətbuat orqanlarında bəzi qolkiperlərin adının “Qarabağ”la yanaşı hallanması təsadüfi deyil.

Maraq üçün xatırladaq ki, Buntiçin ağdamlılarla müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. 2024-cü ilin yayında “Qarabağ”la müqavilə imzalayan xorvatiyalı bu komandanın heyətində 21 oyunda meydana çıxıb. Bu görüşlərdən 9-da “çərçivə”ni toxunulmaz saxlayan qapıçı qalan oyunlarda 22 top buraxıb.

KƏNAN BAHADIR

Seçilən
44
1
football-plus.az

2Mənbələr