AZ

Millinin kapitanı: Uzun müddət qələbə qazana bilmirik

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Sent Lüsiya ilə oyunda qələbə bizim üçün çox vacibdir".

Oxu.Az xəbər verir ki, bunu "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan - Sent Lüsiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında millinin kapitanı Emin Mahmudov deyib.

33 yaşlı yarımmüdafiəçi bildirib ki, milli komandanın 2026-cı ildəki ilk oyununda yaxşı çıxış etmək istəyirlər:

"Qələbə qazanmaq bizim üçün çox vacibdir. Asan rəqib yoxdur. Uzun müddət qələbə qazana bilmirik. Meydana qalibiyyət üçün çıxmalıyıq".

Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Murad Nəsimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
oxu.az

9Mənbələr