AZ

Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadıldı

Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Qeydiyyatdan keçənlər arasında azyaşlılar da var. Kvotanın 92 faizi dolub, cəmi 8 faiz yer qalıb. Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər”, – Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, Həcc ziyarətinə son qeydiyyat tarixi Ramazan ayının sonunadək müəyyən edilmişdi.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Həcc ziyarətinə tələb olunan sənədlər aşağıdakılardır:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

Seçilən
22
27
heftelik.az

10Mənbələr