AZ

İran ABŞ-nin təklifinə cavab verdi

İran ABŞ-nin 15 bəndlik təklifinə rəsmi cavab göndərib.Metbuat.az xəbər verir ki, bu barədə "Tasnim" mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, indi Tehran Amerika tərəfinin reaksiyasını gözləyir.İran öz cavabında bildirib ki, təcavüz və terror aktlarına son qoyulmalı, müharibənin təkrarlanmasını istisna edən obyektiv şərait yaradılmalı və Tehrana kompensasiyaların ödənilməsinə zəmanət verilməlidir.Mənbə qeyd edib ki, İranın Hörmüz boğazı üzərindəki suverenliyi onun qanuni hüququdur.

Bundan əlavə, İran əldə olunmuş razılaşmaların ABŞ tərəfindən yerinə yetirilməsinə zəmanət verilməsində təkid edir.

Seçilən
23
3
metbuat.az

5Mənbələr