AZ

Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar

Bakı. Trend:

“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidis-inbaşçılığı ilə beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfərçərçivəsində Şuşa şəhəri ilə tanış olublar.

Trend-in Qarabağbürosunun məlumatına görə, 37 ölkədən 79 nəfər səyyahdan ibarətheyət əvvəlcə şəhərin mərkəzi meydanına baş çəkib. Burada onlarAzərbaycanın görkəmli şəxsiyyətləri – Xurşidbanu Natəvan, Bülbül vəÜzeyir Hacıbəyli-nin güllələnmiş heykəlləri ilə tanış olublar.

Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründə üzləşdiyidağıntılar və hazırda həyata keçirilən bərpa-quruculuq işləribarədə ətraflı məlumat verilib. Bildirilib ki, otuz illik işğalmüddətində şəhərdəki tarixi binalar, məscidlər və mədəni abidələrvandalizmə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra isəburada genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb,infrastruktur qurulub və şəhərin tarixi simasının bərpasıistiqamətində mühüm addımlar atılıb.

Səfər çərçivəsində dünya səyyahları Xurşidbanu Natəvanın evi,Xan qızı bulağı, qala divarları və Yuxarı Gövhər Ağa məscidi ilə dətanış olublar.

Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin “blacktourism” çərçivəsində tanıdılması, eləcə də aparılan genişmiqyaslıbərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdimolunması baxımından xüsusi əhəmiyyət daşıyır. 2020–2025-ci illərərzində Qarabağ və Şərqi Zəngəzura dünyanın aparıcı səyyah klublarıvasitəsilə 15 beynəlxalq səfər təşkil edilib. Bu səfər isə sayca16-cıdır.

Seçilən
25
1
az.trend.az

2Mənbələr