AZ

İki kluba texniki məğlubiyyət verildi

Futzal üzrə Yüksək Liqada mübarizə aparan “Lənkəran” texniki məğlubiyyətlə cəzalandırılıb.

İdmanxeber.az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul edilib.

Bölgə təmsilçisi XV turda U-19 komandası ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu cəza ilə üzləşib. Sözügedən kollektivə 0:5 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal futzal üzrə 1-ci liqada da yaşanıb. “Atletiko Baku” PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.

Seçilən
43
13
idmanxeber.az

10Mənbələr