AZ

Azərbaycan - Sent Lüsiya matçının hakimləri açıqlandı

Azərbaycan milli komandasının "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Moderator.az AFFA-ya istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Giorgi Kruaşviliyə Levan Varamişvili və Giorgi Elikaşvili kömək göstərəcək. Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma martın 27-də, saat 19:00-da start götürəcək.

Seçilən
42
15
moderator.az

10Mənbələr