AZ

Vüqar yenə Elza Seyidcahana söz atdı Video

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Meyxanaçı Vüqar Əbdülov uzun müddət qalmaqal yaşadığı Əməkdar artist Elza Seyidcahana yenidən söz atıb. 

Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Afaqla 10lar" verilişində söz açıb. 

O, Seyidcahana söz ataraq "Elza Seyidcahan cığaldır. İstəyir ki, hər zaman öz dediyi düzgün olsun. Ona nəsə xahiş edirsən ki, bu, belə deyil, düzgün olmalıdır. Deyir ki, belə olmalıdır. 40-dır biri əskik deyil"  deyə, əlavə edib. 

Qeyd edək ki, onlar arasındakı qalmaqala səbəb Vüqarın Seyidcahanın şeirlərini tənqid etməsi olub. 

Bu günlərdə isə meyxanaçı müğənniyə barışıq əli uzadaraq "Elza Seyidcahan gözəl insan və bəstəkardır. Bəzi şeirlərində olan çılpaq sözlərə irad bildirmişəm. Bu da onun xətrinə dəymişdi. Dedim, Elza xanım, sizin nə şərəf, nə ləyaqətinizə toxunmamışam. Bir tamaşaçı kimi şeirinizə nəsə deməyə ixtiyarım var.  Onun bir şeirini parodiya etdim. Sonra barışdıq. O cür mahnılar bəstələyib, onu necə sevməyə bilərsən? Sadəcə, yazdığı şeirlər insanları qıcıqlandırır. İstəmirəm uşaqlarımız elə açıq-saçıq sözlər olan şeirləri dinləsin" sözlərini deyib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
axsam.az

1Mənbələr