AZ

Azərbaycandan İndoneziyaya ixrac olunan neftin həcmi açıqlanıb

Bakı. Trend:

Yanvar-fevral aylarında Azərbaycandan İndoneziyaya bitumlusüxurlardan əldə edilən 17,9 milyon ABŞ dolları dəyərində 38,6 minton xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə TrendAzərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə istinadənməlumat verir.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan İndoneziyayaneft ixracına dair məlumatlar dərc olunmayıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatlarıaparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyarddollar və ya 29,6% azdır.

Ümumi xarici ticarət həcminin 3,665 milyard dolları ixracın,2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyon dollar və ya37,2% azalıb.

Bu, ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.

Məqalədə:
Seçilən
25
9
az.trend.az

6Mənbələr