AZ

Psixoloq: “Uşağı özgüvənli olması üçün elə yetişdirməliyik ki, bəzi problemlərin natamam qala biləcəyini öncədən görə bilsin”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Bəzən insan bir məqsədə çox yaxınlaşır, hər şey alınacaq kimi görünür, amma son anda geri çəkilir. Bu zaman insan öz-özünə “niyə özümü sabotaj edirəm?” sualını verir. Lakin bu hər zaman intizam və ya qərarsızlıq problemi demək deyil. Bəzən məsələ sinir sisteminin həmin nəticəni qəbul etməyə hələ tam hazır olmaması ilə bağlı olur.Bir insan işlərini yarımçıq qoymamaq üçün hansı psixoloji strategiyalardan istifadə edə bilər?

Psixoloq Vüsalə Əmiraslanova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, başqalarının fikri ilə hərəkət edən uşaqlarda natamamlıq kompleksi olur.

Vüsalə Əmiraslanova

“Bəzi insanlar nəinki işdə, yaxud təhsildə elə öz həyatlarında olan bir çox məsələlərdə natamamlıqlara yol verirlər. Belə insanlar daha çox disiplinsiz, düzənsizdirlər. Zaman-zaman bu hərəkətləri özlərinə də xoş gəlmir. Daxili narahatçılıq günahkarlıq hissi bəzən də aqressiyya hissi keçirə bilirlər.

Ümumiyyətlə işlərini sona qədər çatdırmayan insanlar plansız iş görürlər. Çünki hədəf, yaxud məqsəd olmur, kor-koranə planlaşdırlmamış həyat yaşayırlar. Bəzən də kiminsə göstərişi ilə hərəkət edirlər. Bu ailə üzvlərində biri, həmçinin müəllimlərinin fikri ola bilər və s. Bu da çox vaxt uşaqlarda natamamlıq kompleksinə gətirib çıxara bilir. Mən düşünürəm ki, uşağı elə yetişdirməliyik ki, o, özgüvənli olsun, öz qərarlarını verə bilsin və hisslərini tanısın. Belə olduqda, bəzi problemlərin natamam qala biləcəyini əvvəlcədən görə bilər. Bu əlbəttə ki, qavramnası yüksək olan uşaqlara aiddir. Bəzi uşaqlarda qavrama problemi olduğundan onlara öyrədilənləri anlamırlar. Valideynlər də bundan şikayət edirlər. Ancaq bir şəxs artıq natamam yetişibsə, o, müəyyən işləri yarımçıq qoyacaq. Bundan xilas olmaq üçün günlük tutmaq vacibdir. Həm iş, həm şəxsi məsələlər planlaşdırılmalıdır”-deyə Vüsalə Əmiraslanova qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
bizimyol.info

1Mənbələr