AZ

Azərbaycan millisinin bu günkü oyununu gürcü hakimlər briqadası idarə edəcək

Azərbaycan milli komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb. SİA xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Saat 19:00-da başlayacaq matçın baş hakimi Giorgi Kruaşvili olacaq. Ona yan xətdə Levan Varamişvili və Giorgi Elikaşvili köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Koba Revazaşvili yerinə yetirəcək.

Mətləb

Seçilən
32
23
sia.az

10Mənbələr