AZ

Beynəlxalq səyyahlar Xocalı soyqırımı memorialını ziyarət ediblər

Beynəlxalq
Beynəlxalq səyyahlar Xocalı soyqırımı memorialını ziyarət ediblər. 1news.az Trend-ə istinadən xəbər verir ki, onlar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış memorial abidə ilə tanış olub, hadisənin tarixi və faciənin nəticələri barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb. Qonaqlar səfərə Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərindən daxil olublar. Səfər çərçivəsində bu gün Ağdam və Şuşa şəhərlərinə baş çəkilməsi planlaşdırılır. Sabah isə heyət Laçın şəhərində olacaq, daha sonra Zəngilan və Füzuli rayonlarına səfər edəcək. Heyət 37 ölkədən olan 79 nəfərdən ibarətdir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilər arasında say baxımından ən böyük qrup hesab olunur. NomadMania Yer kürəsini 1301 bölgəyə bölərək xüsusi reytinq sistemi müəyyən edib. Klubun rəhbəri Harry Mitsidis bu bölgələrin hamısında səfərdə olmaqla hazırda dünya üzrə birinci yerdə qərarlaşıb. Qeyd edək ki, “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib. Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eləcə də aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə tanışlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, dünyanın aparıcı səyyah klubları vasitəsilə 2020–2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səfərlər təşkil olunub. Hazırkı səfər isə sayca 16-cıdır.
Seçilən
51
9
1news.az

10Mənbələr