AZ

“Qarabağ” fransalı futbolçunu transfer etməyə yaxındır

“Omoniya”nın futbolçusu Jali Mouaddib karyerasını “Qarabağ”da davam etdirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı sol vinger Azərbaycan klubu ilə ilkin razılıq əldə edib. Mövsümün sonunda “Omoniya” ilə müqaviləsi başa çatacaq mərakeş əsilli fransalı futbolçu yayda “Qarabağ”a azad agent kimi qoşula bilər.

Qeyd edək ki, Mouaddib daha əvvəl Fransanın U-19 millisində çıxış edib.

Seçilən
40
idmanxeber.az

1Mənbələr