AZ

Paşinyan: "Ermənistan 2016-cı ilə qədər bütün resurslarını müharibəni təxirə salmağa sərf etmişdi"

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 2020-ci ilin sentyabrına qədər ölkə sülh yox, dondurulmuş müharibə vəziyyətində idi.

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Paşinyan marın 26-da hökumətin iclasında bildirib.

"Bizdə sülh yox idi (2020-ci ilin sentyabrına qədər – red.), dondurulmuş müharibə idi. Suverenliyimiz, müstəqilliyimiz, dövlətçiliyimiz, rifahımız, azadlığımız və inkişafımız hesabına müharibə təxirə salınmışdı. 2016-cı ilə qədər müharibəni təxirə salmaq üçün bütün resurslar artıq tükənmişdi", - Paşinyan deyib.

Onun sözlərinə görə, sülh təkcə siyasi deyil, həm də sosial-psixoloji anlayışdır.

"Mən Qarabağdan köçürülmüş soydaşlarımızı və bütövlükdə erməni xalqını qaçqın statusunda saxlamaq məqsədi daşıyan bütün bu tendensiyaları qınamaq istərdim. Sülh sadəcə bir müqavilə deyil, sülh insanın sakitləşdiyi haldır. Gözləməkdən daha qəddar və əzabverici heç nə yoxdur. Lakin biz xalq olaraq yüz ildən çoxdur ki, bu gözlənə ilə yaşayırıq. Bu elə bir imperiya, anti-erməni siyasətidir ki, ona əsasən, sakitləşmək lazım deyil, siz tezliklə qayıdacaqsınız, soyqırımı beynəlxalq səviyyədə tanınacaq və siz Vana, Muşa, Kilikiyaya qayıdacaqsınız. Bu siyasət iki məqsəd güdür: birincisi - erməni xalqında qaçqın şüurunu qoruyub saxlamaq, ikincisi - Ermənistan Respublikasının dövlət kimi formalaşmasına imkan verməmək. Bu söhbətləri (qayıdış barədə – red.) davam etdirərək, ətrafımızdakı hamı ilə münaqişəyə giririk".

"Cebheinfo.az"

Seçilən
21
3
cebheinfo.az

4Mənbələr