AZ

Banqladeşdə sərnişin avtobusu çaya düşüb, 25 nəfər ölüb - YENİLƏNİB

Banqladeşdə sərnişin avtobusunun Padma çayına düşməsi nəticəsində azı 25 nəfər ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə yanğından mühafizə və mülki müdafiə xidmətinin nümayəndəsinə istinadən yerli "The Daily Star" nəşri məlumat yayıb.

Sərnişin avtobusu Banqladeşin mərkəzi hissəsində pontonda bərəyə minməyi gözləyərkən çaya düşüb. Nəqliyyat vasitəsində 40-a yaxın insan olub. Xilasedicilər hadisədən bir neçə saat sonra avtobusu çayın dibindən çıxarıblar.

"Axtarış-xilasetmə işləri ordu, polis, sahil mühafizəsi və yerli administrasiyanın dəstəyi ilə 10 dalğıc da daxil olmaqla dörd bölmə tərəfindən həyata keçirilib", - yanğından mühafizə xidmətindən bildirilib.

Hazırda ölən 25 nəfərdən 23-nün şəxsiyyəti müəyyənləşdirilib. Ölənlər arasında qadınlar və uşaqlar var. Xilasedicilər hadisə yerində işlərini davam etdirirlər.

Mərkəzi Banqladeşdə sərnişin avtobusunun Padma çayına düşməsi nəticəsində ən azı 18 nəfər həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, sərnişinləri daşıyan avtobus pontonda bərəyə minmək üçün gözləyərkən çaya düşüb.

Gəmidə təxminən 40 nəfər olub, 11 sərnişin sahilə təkbaşına çatmağı bacarıb.

Xilasedicilər qəzadan altı saat sonra avtobusu çay yatağından çıxarıblar. On səkkiz nəfərin meyiti tapılıb, bir neçə sərnişin itkin düşüb.

Seçilən
58
8
far.az

9Mənbələr