AZ

Azərbaycan nefti ucuzlaşıb

taliyanın Auqusta limanında CIF bazası üzrə "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,3 ABŞ dolları və ya 2% azalaraq bir barel üçün 113,70 ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Qeyd olunur ki, Türkiyənin Ceyhan limanında FOB bazası üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,8% azalaraq 107,24 ABŞ dollarına düşüb.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,23 ABŞ dolları və ya 1,5% azalaraq bir barel üçün 79,72 ABŞ dolları təşkil edib.

Şimal dənizində hasil olunan "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,56 ABŞ dolları və ya 1,4% azalaraq 109,58 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
54
4
olaylar.az

10Mənbələr